Nümunə 1: | Qatar 65 km/saat sürətlə 6 saat yolda oldu. Qatar həmin yolu 5 saata getmək üçün hansı sürətə malik olmalıdır? |
Həlli: Tənasüb quraq. Şəklə görə eyniadlı kəmiyyətlərin tərs nisbəti bərabərdir:
Nümunə 2: | İki fəhlə müəyyən işi 3 günə yerinə yetirir. 6 fəhlə bu işi neçə günə yerinə yetirər? |
Həlli: Tənasüb quraq. Şəklə görə eyniadlı kəmiyyətlərin tərs nisbəti bərabərdir:
İki kəmiyyətdən birinin bir neçə dəfə artması (azalması) ilə digər kəmiyyət də o qədər dəfə azalarsa (artarsa), bu kəmiyyətlərə tərs mütənasib kəmiyyətlər deyilir.
x və y tərs mütənasib kəmiyyətlərdirsə, xy = k sabit ədəddir.