Düzbucaqlının perimetri 54 sm, qonşu tərəflərinin nisbəti isə 6 : 3 nisbətindədir. Onun tərəflərinin uzunluğunu tapın.
ABC açıq bucağı BD şüası ilə iki hissəyə elə ayrılmışdır ki, ABD və CBD bucaqlarının nisbəti 5:13 kimidir. Bu bucaqların dərəcə ölçüsünü təyin edin.
130°-yə bərabər olan ABC bucağı BK şüası ilə 19 : 7 nisbətində iki bucağa ayrılmışdır. Bu bucaqların ölçülərini tapın.
Elə x və y ədədləri yazın ki, x, y və 24 ədədləri uyğun olaraq:
a) 3 : 5 : 6 b) 1
8
: 1
36
: 1
9 nisbətində olsun.
Elə a və b ədədləri yazın ki, a, b, 10 ədədləri 2 : 1
6 :
1
9 nisbətində olsun.
Əmək məhsuldarlığı eyni olan üç fəhlə birlikdə çalışaraq 800 man. pul qazandı. Birinci fəhlənin 16 saat, ikinci fəhlənin 24 saat, üçüncünün isə 40 saat işlədiyi məlumdursa, fəhlələrin bu pulu öz aralarında necə bölmələri ədalətli olar?
Üç fermaya 540 t yem verildi. Birinci fermada 28 inək, ikincidə 42 inək, üçüncüdə isə 65 inək olduğu məlumdursa, hər fermaya nə qədər yem verilər?
219 ədədini üç hissəyə elə ayırın ki, birinci və ikinci hissələrin nisbəti 4 : 9,
ikinci və üçüncü hissələrin nisbəti 15 : 2 2
3
kimi olsun.
Dörd a, b, c və d ədədlərinin cəmi 386-dır.
a : b = 2 : 5, b : c = 3 : 4, c : d = 6 : 7 olarsa, a, b,c və d ədədlərini tapın.
Göstəriş: a : b = 2 : 5 =
18 : 45; b : c = 3 : 4 = 45 : 60; c : d= 6 : 7 = 60 : 70 kimi göstərin.
Uzunluğu 5,6 sm olan AB parçası üzərində C, D və K nöqtələrini elə yerləşdirin ki, AC : CD : DK : KB = 2:4: 1: 1 olsun.
Şüşə və metal yapışqanını nişasta, təbaşir, 20 faizli natrium əsası ilə su məhlulundan hazırlayırlar. Bunlar 1 : 8 : 5 : 25 nisbətində götürülür. 900 q yapışqan hazırlamaq üçün hər maddədən neçə qram olmalıdır? 1 q-a qədər dəqiqliklə hesablayın.
Heyvanxanadakı ayı, tülkü və canavar balalarının sayı 48-dir. Ayı balaları canavar balalarından 2 dəfə azdır və canavar balaları ilə tülkü balalarının saylan nisbəti 2 : 5 kimidir. Hər baladan neçəsinin olduğunu müəyyən edin.