t (saat)
|
2
|
0,5
|
|
3,2
|
|
|
s (km)
|
|
|
90 |
|
240 |
156 |
s-in t-dən asılılıq düsturunu yazın.
-
Sənan 8 man.-a 10 qələm alarsa, 10 man.-a həmin qələmdən 15-ni ala bilərmi?
Cavabınızı əsaslandırın.
-
Avtomobil 55 km məsafəyə 5 l benzin işlədirsə, 7 l benzini neçə kilometr
məsafəyə işlədər?
-
Həcmi 30 mm3 olan polad parçasının kütləsi 234 q-dır. 50 mm3-lik polad
parçasının kütləsi nə qədər olar?
-
Əncir meyvəsinin hər 5 kiloqramına 2,5 kq şəkər tozu qatılır. 12,5 kq əncir
bişirmək üçün nə qədər şəkər tozu lazımdır?
-
İl ərzində bir cins qoyundan 17 kq, digərindən isə 18 kq yun qırxıldı. Hər
100 q qırxılmış yundan 40 q təmiz yun alınarsa, hər qoyundan nə qədər təmiz
yun alınar?
-
Düzbucaqlı paralelepipedin ölçülərinin nisbəti 9 :13:17, kiçik tilinin uzunluğu
isə 18 sm-dir. Düzbucaqlı paralelepipedin tillərinin uzunluqları cəmini
tapın.
-
İki tərəfinin nisbəti 8:11 olan düzbucaqlının uzunluğu ilə eninin fərqi 30 sm
olarsa, bu düzbucaqlının perimetrini tapın.
-
Çəmənlikdə kəpənək tutan uşaqlar
2 saat ərzində 15 kəpənək tutdular.
Onlar 3 saata neçə kəpənək tutarlar?
Kəpənəklərin sayı ilə tutulmaya
sərf olunan zamanın düz
mütənasib kəmiyyətlər olduğunu
söyləmək olarmı?
-
Üç ailə bağa köçmək üçün birlikdə
bir maşın tutdu və buna 110 man.
xərclədi. Bu bağlar eyni bir şose yolu boyunca şəhərdən 24 km, 28 km və
36 km məsafədə idi. Bu ailələr getdikləri məsafə ilə mütənasib olaraq pul
verməyi şərtləşmişlərsə, hər ailə nə qədər pul verməlidir?