Araşdırma: 4,2 : 0,6 nisbətini 0,84 : 0,12 nisbəti ilə müqayisə edək.
Həlli: | 4,2 : 0,6 = 7 və 0,84 : 0,12 = 7 nisbətlərinin hər ikisi eyni ədədə (7-yə) bərabər olduğuna görə 4,2 : 0,6 = 0,84 : 0,12 bərabərliyini yaza bilərik. Bu bərabərlik tənasübdür. |
İki nisbətin bərabərliyinə tənasüb deyilir.
Hərfi şəkildə yazılışı: a
b= c
d
və ya a : b = c : d.
Oxunuşu: a ədədinin b ədədinə nisbəti c ədədinin d ədədinə nisbətinə bərabərdir (və ya a böl b bərabərdir c böl d).
a və d tənasübün kənar hədləri, b və c isə orta hədləri adlanır.
Tənasübün əsas xassəsi: Tənasübün kənar hədlərinin hasili orta hədlərinin hasilinə bərabərdir.
a
b
= c
d
tənasübündə ad = bc.
Tənasübün kənar hədlərinin və ya orta hədlərinin yerini dəyişdikdə yenə
tənasüb alınar.
a
b
= c
d və ya d
b=c
a
Nümunə 1: | 9:21 = 3:7 bərabərsizliyinin tənasüb olduğunu yoxlayın. Tənasübün xassəsinə görə, 9 • 7 = 63 və 21 • 3 = 63. Deməli, verilən bərabərlik tənasübdür. |
Nümunə 2: | 4,2 m parçaya 63 man. ödənilərsə, 3,2 m parça neçəyədir? |
Tənasüb quraq: |
4,2 : 3,2 = 63 : x. (burada x manat, 3,2 m parçanın qiymətidir) 4,2x = 63 • 3,2 x = 48. Cavab: 48 man. |