Bunları bilmək maraqlıdır
İnsan ətraf aləmdəki əşyaları formalarına görə fərqləndirir. İnsanın hər hansı bir əşyanın formasına olan marağı həyati zərurətdən və ya həmin əşyanın formasının gözəlliyindən irəli gəlir. Formanın qurulması zamanı simmetriklik və “qızıl nisbət” gözlənilirsə, forma daha baxımlı və gözəl olur.
“Qızıl bölgü” (“Qızıl kəsik”) parçanın uzunluğunun elə bərabər olmayan iki hissəyə bölünməsidir ki, parçanın öz uzunluğunun böyük hissəsinin uzunluğuna olan nisbəti, eyni ilə böyük hissənin uzunluğunun kiçik hissənin uzunluğuna olan nisbətinə bərabərdir. Bu nisbət ≈1,618-dir. “Qızıl kəsik” yaradılışın tam və hissələrə mükəmməl bölgüsüdür.