b) Hər onuncu futbolçu qol vurub;
c) Hər mininci qarğa ağ rəngdədir;
ç) Hər səkkizinci uşaq dərs əlaçısıdır.
-
Bir kvadratın tərəfi 16 sm, ikinci kvadratın tərəfi isə 4 sm-dir.
a) böyük kvadratın tərəfinin kiçik kvadratın tərəfinə nisbətini;
b) böyük kvadratın perimetrinin kiçik kvadratın perimetrinə nisbətini;
c) böyük kvadratın sahəsinin kiçik kvadratın sahəsinə nisbətini tapın.
-
Böyük kubun (şəkil 1) tilinin uzunluğu 12 sm, kiçik kubun
tilinin uzunluğu 4 sm-dir.
a) kiçik kubun tilinin böyük kubun tilinə nisbətini;
b) kiçik kubun üzünün sahəsinin böyük kubun üzünün sahəsinə
nisbətini;
c) kiçik kubun həcminin böyük kubun həcminə nisbətini
tapın.
şəkil 1
-
Aşağıdakı şərtlərə əsasən nisbət qurun və hər bir bənd üçün nisbətin mənasını
izah edin:
a) Aygül 3 saat ərzində 36 səhifə oxudu.
b) Dərzi 50 man.-a 2 m parça aldı.
c) Samir 10 addım ataraq 4 m getdi.
ç) Printer 5 dəqiqəyə 25 səhifə çap etdi.
-
V və VI sinif şagirdlərinin teatra getməsi üçün məktəb 50 bilet almışdır.
V siniflərdə 72 şagird, VI siniflərdə isə 48 şagird oxuyur. Biletləri bu siniflər
arasında hansı nisbətdə bölmək lazımdır? Məsələni tam-hissə modeli qurmaqla
həll edin.
-
Tələbə şəhərciyində yaşayan oğlanların və qızların sayının nisbəti 1 :3 kimidir:
a) qızların sayı 27 olarsa, tələbə oğlanların sayı nə qədərdir?
b) oğlanların sayı 46 olarsa, tələbə qızların sayı nə qədərdir?
c) oğlanların sayı 78 nəfər olarsa, cəmi neçə tələbə var?
ç) cəmi 36 tələbə olduğu məlumdursa, oğlanların sayı qızların sayından
nə qədər azdır?
d) oğlanların sayı qızların sayından 12 nəfər az olarsa, cəmi neçə tələbə var?