a)
birinci həddi 4 dəfə artırsaq;
b)
ikinci həddi 2,4 dəfə artırsaq;
c)
birinci və ikinci həddi 10 dəfə artırsaq;
ç) ikinci həddi 7 dəfə artırıb, birinci həddi 3 dəfə azaltsaq;
d)
birinci həddi 9 dəfə, ikinci həddi 4,5 dəfə azaltsaq, qismət neçə dəfə artar və ya azalar?
Qırmızı şarların sayının sarı şarların sayına nisbəti 5 : 2 kimidir. Hansı şarların sayının çox və neçə dəfə çox olduğunu müəyyən edin. Tərs nisbəti yazın və onun nəyi ifadə etdiyini deyin.
Kitab dəftərdən 1,5 dəfə bahadır. Kitabın qiymətinin dəftərin qiymətinə nisbətini və dəftərin qiymətinin kitabın qiymətinə nisbətini tapın.
a) | Velosipedçi 54 km məsafəni 3,8 saata qət etdi. Onun sürətini müəyyən edən nisbəti yazın. |
b) | Printer 15 dəqiqə ərzində 150 səhifə çap edir. Onun məhsuldarlığını müəyyən edin (məhsuldarlıq dedikdə, 1 dəqiqə ərzində çap olunan səhifələrin sayı nəzərdə tutulur). |
Səsin havada sürəti 300 m/san., güllənin sürəti isə 1,5 km/san.-dir. Güllənin sürətinin səsin sürətinə nisbətini tapın. Güllənin sürəti səsin sürətindən neçə dəfə çoxdur?