Ədədləri onların fərqini və qismətini taparaq müqayisə etmək olar. Fərqi taparkən bir ədədin digərindən nə qədər böyük və ya kiçik olduğu müəyyən edilir. Qisməti taparkən isə bir ədədin digərindən neçə dəfə böyük və ya kiçik olduğu, bir ədədin digərinin hansı hissəsini təşkil etdiyi tapılır.
Araşdırma: |
Sinifdə 15 oğlan və 10 qız oxuyur. Aşağıdakı suallara cavab verək: a) Oğlanlar qızlardan neçə nəfər çoxdur? b) Qızlar oğlanlardan neçə nəfər azdır? c) Oğlanlar qızlardan neçə dəfə çoxdur? ç) Qızlar oğlanların hansı hissəsini təşkil edir? |
Həlli: |
a) Oğlanlar qızlardan 15-10 = 5 nəfər çoxdur; b) Qızlar oğlanlardan 5 nəfər azdır; c) Oğlanlar qızlardan 15 10= 1,5 dəfə çoxdur; ç) Qızlar oğlanların 10 15= 2 3 hissəsini təşkil edir. |
Gördüyünüz kimi, müqayisənin hər iki üsulu praktik məsələlərin həllində müxtəlif məqsədlər üçün istifadə edilir.
a və b ədədlərinin qismətinə a və b ədədlərinin nisbəti də deyilir:
a:b.
Burada
b ≠ 0.
a və b ədədləri nisbətin hədləri adlanır: a nisbətin birinci həddi, b isə ikinci həddidir.
İki ədədin nisbəti bir ədədin digərindən neçə dəfə böyük olduğunu və ya bir ədədin digərinin hansı hissəsini təşkil etdiyini göstərir.
Onluq kəsrlərin nisbətini iki natural ədədin nisbətinə gətirmək olar:
Nümunə 1: 0,2 : 1,24 = 0,2
1,24
şəklində yazmaq olar. Bilirik ki, kəsrin surət və məxrəcini eyni bir natural ədədə vursaq, ona bərabər
kəsr alarıq:
0,2
1,24=0,2 · 100
1,24·100
= 20
124 = 5
31.
Deməli, 0,2:1,24 nisbətini 5:31 nisbəti ilə əvəz etmək olar.