Araşdırma: Modeldən istifadə edərək qarışıq ədədlərin cəmini tapaq:
Məxrəcləri müxtəlif olan qarışıq ədədlərin cəmini tapmaq üçün onların tam hissələri toplanır, kəsr hissələr isə ortaq məxrəcə gətirildikdən sonra məxrəcləri eyni olan kəsrlər kimi toplanaraq tamın yanında yazılır. Əgər kəsr hissədə düzgün olmayan kəsr almarsa, onu qarışıq ədədə çevirib əvvəlki tamın üzərinə əlavə etmək olar.
Nümunə 1:
Məxrəcləri müxtəlif olan qarışıq ədədlərin fərqini tapmaq üçün azalanın tam hissəsindən çıxılanın tam hissəsi çıxılır, kəsr hissələr isə ortaq məxrəcə gətirildikdən sonra azalanın kəsr hissəsindən çıxılanın kəsr hissəsi çıxılır.
Azalanın kəsr hissəsi çıxılanın kəsr hissəsindən kiçik olduqda azalanın tamından 1 vahid eyni məxrəcli kəsr şəklində yazılaraq azalanın kəsr hissəsinə əlavə edilir.
Nümunə 2:
Qeyd: Toplama və çıxma əməlini kəsrləri ortaq məxrəcə gətirdikdən sonra da yerinə yetirmək olar.
Nümunə 3:
Nümunə 4:
Qeyd: Qarışıq ədədləri düzgün olmayan kəsrlərə çevirməklə də toplamaq və ya çıxmaq olar.