-
Kəsrləri ixtisar etdikdən sonra ortaq məxrəcə gətirməklə hesablayın:
-
Bir şüşə qabda 3
10 l,
digərində isə 4
11 l
süd vardır. Hansı şüşə qabda daha çox süd vardır və nə qədər?
-
Sabirin tutduğu balığın uzunluğu 8
25 m,
Namiqin tutduğu balığın uzunluğu isə 13
40m-dir.
Onlardan hansının tutduğu balıq daha böyükdür və nə qədər?
-
Gülnaz otaqları 11
20
saata təmizlədi ki, bu da onun qab yumağa sərf etdiyi vaxtdan 2
15
saat çox idi. Gülnaz bütün işi bitirmək üçün nə qədər vaxt sərf etdi?
-
Ayı balası səhər küpün 2
9-si
qədər bal yedi ki, bu da onun axşam yediyi baldan 2
15
qədər az idi. Ayı balasının gün ərzində küpdəki balın hansı hissəsini yediyini müəyyən edin.
-
Tənlikləri həll edin:
-
Onluq kəsrləri adi kəsrə çevirməklə əməlləri yerinə yetirin:
-
Hesablamanı əlverişli üsulla yerinə yetirin:
-
Üçbucağın bir tərəfi 11
25 sm,
ikinci tərəfi bundan 1
3
sm uzun, üçüncü tərəfi isə ikincidən 4
15
sm qısadır. Üçbucağm perimetri nə qədərdir?