Tarixi məlumat: Sadə ədədlər cədvəlini b.e.-dan 2000 il əvvəl yaşamış yunan riyaziyyatçısı Eratosfen tərtib etmişdir. O, sadə ədədlər cədvəlini tərtib etmək üçün belə bir üsul tətbiq etmişdir: natural ədədləri sıra ilə düzmüş və 1-i bu sıradan çıxarmışdır. Cədvəldə 2 saxlanılır, onun bütün bölünənlərinin üstündən xətt çəkilir. Eyni qayda ilə 3 saxlanılır, onun bütün bölünənləri silinir. Bu qayda 5, 7, 11, 13 və s. ədədlərə də tətbiq edilir. Beləliklə, Eratosfen şəbəkəsi adlanan bu üsulun köməyi ilə sadə ədədlər cədvəli meydana gəlmişdir. Sadə ədədlər çoxluğu sonsuzdur.