Xəritədə Bakıdan Mingəçevirə qədər məsafə 3,5 sm-dir. Miqyasın
1 10000000
olduğunu bilərək Bakı və Mingəçevir arasındakı həqiqi məsafəni təyin edin.
a) 1 saat, 4 saat, 21 2 saat, 6 3 4 saat sutkanın hansı hissəsini təşkil edir?
b) 10 dəq. 25 dəq. 30 dəq. 45 dəq. saatın hansı hissəsini təşkil edir?
Hansı çoxdur:
Tahir dəftərin 5 8
hissəsini yazdı və yazılmamış 36 vərəq qaldı. Dəftərin neçə
vərəqi vardı?
Əhalinin 4 10
hissəsi kənddə, qalan hissəsi isə şəhərdə yaşayır. Əhalinin hansı hissəsi şəhərdə yaşayır? Şəhər
əhalisi kənd əhalisindən neçə dəfə çoxdur?
Murad əvvəlcə kitabın 3 7
hissəsini, sonra isə qalan səhifələrin 1 2
hissəsini oxudu. Kitabın oxunmamış 16 səhifəsi qalarsa, Murad əvvəlcə kitabın neçə səhifəsini
oxumuşdu?
Bir ədədin 25 %-i digərinin 75%-nə bərabərdir. Böyük ədəd 108-dir. Kiçik ədədi tapın.
a) Ədədin 50%-nin 20%-i ədədin neçə faizidir?
b)
130 ədədini 20% artırsaq, hansı ədəd alınar? Alınmış ədədi 20% azaltsaq, hansı ədəd alınar?
Fikirlərinizi izah edin.
c)
148 ədədinin 38 %-i ilə 21 %-nin fərqini tapın.
Şəhərin əhalisi 24250 nəfərdir. Diaqramda kişilərin sayı faizlə verilmişdir. Diaqrama
əsasən
təyin edin:
a)
Əhalinin neçə nəfəri kişilərdir ?
b)
Əhalinin neçə faizi və neçə nəfəri qadınlardır?
c)
Əhalinin hansı hissəsi və neçə nəfəri uşaqlardır?
Üç ədədin cəmi 546-dır. Birinci ədəd 126, ikinci ədəd birincidən 30% çoxdur. Üçüncü ədədi
tapın.
Çənin oturacağı tərəfləri 8 m və 5 m olan düzbucaqlıdır. Onun 80 %-i su ilə doldurulmuşdur və bu
suyun həcmi 96 m3-dir. Çənin hündürlüyünü tapın.
Turist birinci gün yolun 30%-ni, ikinci gün 40%-ni, üçüncü gün isə qalan 12 km məsafəni qət etdi.
Turist 3 gündə cəmi neçə kilometr yol getdi?