Əli riyaziyyat və informatika fənlərindən ev tapşırıqlarının yerinə yetirilməsinə
1,5 saat vaxt sərf etdi. O, bu fənlərə sərf olunan vaxtı 4 : 5 nisbətində
böldü. Hər fənnə neçə dəqiqə vaxt sərf edildi?
Ərinti 9 : 8 nisbətində mis və sinkdən ibarətdir. Ərintinin kütləsi 2 kq 550 q
olarsa, bu ərintidə neçə qram mis və sink var?
Ərinti 12 : 7 nisbətində mis və qalaydan ibarətdir. Misin kütləsi 1 kq 440 q
olarsa, bu ərintidə neçə qram qalay var?
Düzbucaqlının perimetri 90 sm-dir. Əgər onun tərəflərinin:
a)4 : 5;
b) 2 : 1;
c) 8 : 1
ç) 2 : 3
nisbətində olduğu məlumdursa, düzbucaqlının sahəsini təyin edin.
MN və MK parçalarının nisbəti 6 : 8 kimidir.
a) MN: NK
b) NK : MN; c) MK : MN nisbətini tapın.
Məktəbdə oğlanların sayının qızların sayına nisbəti 5 : 4 kimidir. Oğlanların
sayını bütün şagirdlərin sayına və qızların sayının bütün şagirdlərin sayına
nisbətini təyin edin.
Miqyası 1 : 300 sm olan planda düzbucaqlı şəklində həyət təsvir edilmişdir.
Plana görə düzbucaqlının eni 20 sm-dir. Miqyası 1 : 500 sm olan planda
düzbucaqlının uzunluğu 21 sm olarsa, həyətin həqiqi ölçülərini müəyyən
edin. Miqyası 1 : 300 sm olan planda düzbucaqlının uzunluğunu, miqyası
1 : 500 sm olan planda düzbucaqlının enini təyin edin.
Divar saatı 3 saat müddətində 10 saniyə geri qalır. Bu saat 9 saat; 12 saat; bir
sutka; bir həftə müddətində nə qədər geri qalar?
Ərintinin 20%-i misdir. 600 q ərintidən 85 q mis alındı. Nə qədər mis itkiyə
getdi?
270 kq meyvənin 60%-i almadır. Almanın 135 kq olması fikri doğrudurmu?
Nail iki kitab aldı. Kitablardan biri digərindən 50% bahadır. İkinci kitab birincidən
neçə faiz ucuzdur?
Ata, ana və qızın birlikdə 75 yaşı
var. Ata anadan 5 yaş böyükdür,
ananın və qızın yaşları nisbəti 3:1
kimidir. Ailədə hər kəsin neçə
yaşı var?