2)
640 əyarlı 120 q gümüş parçası ilə əyarı məlum olmayan bir qədər gümüş parçasını əridib qarışdırdılar və
700 əyarlı 320 q kütləli gümüş aldılar. İkinci gümüş parçasının əyarını tapın.
-
İki zər atın və yuxarı üzə düşən xallar cəmini qeyd edin. Sınaqları o qədər aparın ki, düşən xallar
cəminin 6 olma hadisəsi 20 dəfə təkrarlansın. Bu zaman neçə dəfə düşən xallar cəmi 3 olmuşdur?
Hansı
hadisə daha çox təkrarlanar: düşən xallar cəmi 2, yoxsa 6 olma hadisəsi? Alınmış nəticəni izah
edin.
-
Zəri bir dəfə atdılar. Yuxarı üzə düşən xalın 3-dən böyük olması hadisəsi üçün əlverişli
hallar sayı neçədir?
-
Kostyumun qiyməti 180 man. idi. Onun qiymətini əvvəlcə 20% artırdılar, sonra isə 10% azaltdılar.
Kostyumun qiyməti neçə manat oldu?
-
Hər hansı bir ədədə onun 10%-ni əlavə etdilər, sonra cəmin 10%-ni çıxdılar və 990 aldılar.
Əvvəlki
ədədi təyin edin.
-
Bitki mənşəli yeyinti məhsulları bişəndə kütləsinin 20%-i itir. 2 kq bitki məhsulu bişəndə məhsul
neçə kiloqram azalar?
-
a ədədi b-nin 1 %-ni təşkil edir, a ədədinin b-nin 2%-ni təşkil etməsi üçün b-ni necə dəyişmək
lazımdır?
-
Malın qiymətini əvvəlcə 30% bahalaşdırıb, sonra 15% ucuzlaşdırdılar. Malın qiyməti əvvəlki
qiymətin
neçə faizini təşkil etdi?
- Səbinə xala bazardan kiloqramı 5 man. olan şabalıd aldı. Bazarın digər yerində eyni şabalıdın
kiloqramının 4 man., başqa bir yerdə isə 6 man. olduğunu müşahidə etdi. Sizcə, Səbinə xala digər
qiymətlərlə müqayisədə nə qədər ziyan və ya xeyir etmişdir?
- Usta və köməkçisi evin təmiri üçün 2400 man. əməkhaqqı aldılar. Onlar pulu 2 : 1 nisbətində
böldülər. Hər kəsə neçə manat düşdü?
-
İki operator 120 səhifəlik əlyazmanı öz aralarında 5 : 3 nisbətində böldülər. Hər operatora neçə
səhifə əlyazma düşdü?
-
Riyaziyyat dərsliyində cəbr və həndəsəyə aid tapşırıqlar 3 : 2 nisbətində verilmişdir. Dərslikdə
cəmi
1200 tapşırıq olduğunu nəzərə alsaq, cəbr və həndəsənin hər birinə aid neçə tapşırıq olduğunu
müəyyən edin.