-
İsbat edin ki:
-
İsbat edin ki:
-
18 dişi olub dəqiqədə 60 dövr edən bir dişli çarxa ilişən 36 dişi olan çarx dəqiqədə neçə dövr
edər? Əgər bu çarx 18 dişi olub dəqiqədə 24 dövr edən dişli çarxa ilişərsə, neçə dövr edər?
-
Əkinçi biçənəyə ot çalmağa getdi və 15, 12 və 10 yaşında olan üç oğlunu da özü ilə apardı.
Oğlanlar
araba ilə geri qayıdarkən 13,5 km yol qət etdilər. Onların arabada növbə ilə getdikləri yol
yaşları
ilə tərs mütənasibdir. Oğlanların hər biri araba ilə neçə kilometr getdi?
-
Ana samovar qaynatmaq üçün şam ağacı qozası yığmaqdan ötrü üç oğlunu meşəyə göndərdi. Vəlinin 12
yaşı, Səlimin 10 yaşı və Altayın 8 yaşı vardı. Ana onlardan meşədən 600 qoza yığmağı xahiş etdi
və
bu tapşırığı onların yaşlarına mütənasib olaraq bölüşdürdü. Evə qayıdandan sonra məlum oldu ki,
Vəli
öz tapşırığını 20%, Səlim 15%, Altay 10% artıq yerinə yetirmişdir. Uşaqlar meşədən neçə qoza
gətirdilər?
-
Ailə yay tətilində istirahət etmək üçün Şəkiyə yollandı. Onlar 150 km getdikdən sonra dincəlmək
üçün
yolüstü kafedə dayandılar. Bütün yolun 270 km olduğu məlumdursa, ailə yolun hansı hissəsini
getmişdir?
-
Tikinti meydançasına kütləsi 127,5 t olan material gətirdilər. Onun 4%-i alebastr, qalanı isə
sement və əhəng idi. Sement və əhəngin kütlələri nisbəti 4 : 5 kimidir. Tikinti meydançasına nə
qədər alebastr, sement və əhəng gətirildi?
-
İçərisində 15°C temperaturlu 78 l su olan vannaya temperaturu 100°C olan 2 vedrə qaynar
su
tökdülər.
Vedrənin tutumu 12 l olarsa, vannadakı qarışığın temperaturunu tapın.
-
900 əyarlı 320 q, 540 əyarlı 160 q iki parça qızılı əridib qarışdırdılar. Ərintinin əyarını
tapın.
-
1) 720 əyarlı 225 q gümüş məmulat hazırlamaq üçün 500 və 800 əyarlı gümüş materialın hər birindən
nə
qədər əritmək lazımdır?
2) 720 əyarlı 350 q qızıl məmulat hazırlamaq üçün 600 və 900 əyarlı qızıl materialın hər
birindən nə
qədər əritmək lazımdır?
-
1) 560 əyarlı 50 q qızıl məmulat ilə əyarı məlum olmayan bir qədər qızıl parçasını əridib
qarışdıraraq 760 əyarlı 300 q qızıl məmulat aldılar. Qızıl parçasının əyarını tapın.