-
Qəssab qoyun ətinin kiloqramını 9 man.-a, quzu ətinin kiloqramını 10 man.-a satdı. Qoyun əti quzu
ətindən 30 kq çox satılarsa, satılan qoyun əti ilə quzu ətinin kütlələri nisbəti 3 : 2 kimidir.
Qəssab neçə manatlıq ət satmışdır?
-
Üç qız meşədə 93 ədəd ağ göbələk tapdı. Birinci qız öz göbələklərini beş-beş, ikinci qız isə
altı-altı yığanda hər ikisinin yığdıqlarının sayı bərabər oldu. İkinci qız öz göbələklərini
dörd-dörd, üçüncü qız isə üç-üç yığanda onların da yığdıqlarının sayı bərabər oldu. Hər qız neçə
göbələk yığdı?
-
Üç oğlan qoz yığmaq üçün meşəyə getdi. Onların yığdıqları qozları sayanda məlum oldu ki, birinci
oğlanın yığdığı qozların sayı ilə ikincinin yığdığı qozların sayının nisbəti 3 : 4 kimi, ikinci
ilə
üçüncünün yığdıqları qozların nisbəti 5 : 3 kimidir. Birinci oğlan üçüncüdən 102 ədəd çox qoz
yığmış
olarsa, hər oğlan neçə qoz yığmışdı?
-
Ədədləri sadə vuruqlarına ayırın:
1)
12; 42; 216; 450; 920;2280;10850;
2)
27; 56; 625; 820; 2772; 702; 1224
-
a) 25-dən böyük, 49-dan kiçik olan sadə ədədləri yazın;
b) 43-dən böyük, 52-dən kiçik olan mürəkkəb ədədləri yazın.
-
Aşağıdakı hasillərdən hansı mürəkkəb ədəd olar?
a) 13 ⋅ 1;
|
b) 14 ⋅ 1;
|
c) 4 ⋅ 7; |
ç) 11 ⋅ 13; |
d) 1 ⋅ 43; |
e) 111 ⋅ 1. |
- Aşağıdakı vuruqların əmələ gətirdiyi ədədlərin natural bölənlərinin sayını tapın:
-
Tapın:
a)
2 • 2 • 5 • 5 • 7 ədədinin 2 • 5 • 7 ədədinə bölünməsindən alınan qisməti;
b)
3 • 3 • 13 • 19 • 23 ədədinin 3 • 13 • 19 ədədinə bölünməsindən alınan qisməti;
c)
2 • 3 • 5 • 11 • 19 • 37 ədədinin 11 • 19 • 37 ədədinə bölünməsindən alınan qisməti;
ç) 23 • 43 • 83 ədədinin 23 • 43 ədədinə bölünməsindən alınan qisməti.
-
Elə ikirəqəmli ədəd yazın ki, onun sadə vuruqlarından biri:
-
Elə ikirəqəmli ədəd yazın ki,
a)
iki sadə ədədin hasilinə bərabər olsun;
b)
üç sadə ədədin hasilinə bərabər olsun.