-
Bərabərsizliyi ödəyən natural ədədlər çoxluğunu yazın:
-
Tənlikləri həll edin:
-
a) - 4 və 4 arasında yerləşən tam ədədlərin sayını tapın.
b) -15 və 14 arasında yerləşən tam ədədlərin cəmini tapın.
c) -12 və 120 arasında yerləşən tam ədədlərin hasilini tapın.
-
İki dərzinin hər birinə məktəbli forması tikmək üçün 120 m parça verilmişdir.
Birinci dərzi bütün parçanın yarısından hər birinə 3 m parça sərf etməklə, qalanından
isə hər birinə 2 m sərf etməklə kostyum tikdi. İkinci dərzi bütün parçanın
1
4-dən hər birinə 2 m parça sərf etməklə, qalan
parçadan
isə hər birinə
3 m sərf etməklə məktəbli forması tikdi. Hansı dərzi daha çox kostyum tikdi?
-
Futbol üzrə çempionatda xallar bu cür paylanır: qələbə üçün 3 xal, heç-heçə
1 xal, məğlubiyyət 0 xal. Komanda 8 oyun oynadı və 20 xal qazandı. Komanda
oyunun neçəsini qələbə, neçəsini heç-heçə, neçəsini məğlubiyyətlə keçirdi?
-
30 kibrit çöpündən Məhəmməd ∆ və ◻
düzəltdi. ∆-a 3 kibrit çöpü, ◻ -a 4 kibrit çöpü
sərf edirsə, neçə ∆ və neçə ◻ düzəltdi? Əgər ◻ və ∆
tərəfləri 2 kibrit çöpündən olarsa, neçə ◻
və neçə ∆ düzələr?
-
Dostlarına yeni il hədiyyəsi almaq üçün Fəridin 50 man. pulu var idi. Fərid
biri 6 man. və 8 man. olan kitabları bəyəndi. Fəridin bütün pulunu xərclədiyi
məlumdursa, o, hər kitabdan neçəsini aldı?
-
96 kq kartofu və 64 kq kələmi bərabər olmaqla kiçik arabalara yüklədilər. Neçə
araba lazım oldu? Hər arabaya neçə kiloqram kartof və neçə kiloqram kələm
yüklədilər?
-
Yeni il şənliyində uşaqlara hədiyyə paylamaq üçün 96 ədəd şokolad, 72 ədəd
portağal, 84 ədəd banan aldılar. Bu ərzaqlardan hər birində bərabər sayda
çeşid olmaqla ən çox neçə hədiyyə düzəltmək olar?
-
156 qızılgül, 312 zanbaq və 390 qərənfildən buket düzəltdilər. Bu çiçəklərdən
hər birində eyni sayda çeşid olmaqla ən çox neçə buket düzəltmək olar?