-
a) Ailədə olan iki uşaq hansı cinsdən ola bilər? ‘Uşaqların ikisi də eynicinslidir”
variantının neçə əlverişli halı var?
b) Ailədə olan iki uşaqdan kiçiyi oğlandır. Böyük uşağın qız olması və ya böyük
uşağın oğlan olması eyniehtimallı hadisələrdirmi?
-
Qutulardan birində bir ədəd, ikincisində iki ədəd, üçüncüsündə üç ədəd, ... ,
səkkizincidə səkkiz ədəd kürə var. İçərisində kürələrin sayının 6-dan az olan
qutunu tapmaq məqsədilə qutulardan biri təsadüfən açılır. Hadisənin mümkün
və əlverişli hallar sayını tapın.
-
Boşqabda eyniölçülü 20 qutab var. Onlardan dördü ətli, qalanları isə göyərtilidir.
Təsadüfən götürülən bir qutabın ətli olması hadisəsinin mümkün və
əlverişli hallar sayını tapın.
-
Ayrı-ayrı kart üzərində əlifbanın üç hərfi: “A”,
“L”, “B” yazılmışdır. Hərf tanımayan bir uşaq bu
hərfləri ardıcıl düzür. Mümkün halların sayını və
“BAL” sözünün alınması hadisəsinin əlverişli hallar
sayını müəyyən edin.
-
Ana 4 boş qutudan birində oğluna aldığı hədiyyəni gizlətdi. Bütün qutuların
qapağını bağladı və oğluna dedi ki, hədiyyə olan qutunu birinci cəhddən tapsın.
Mümkün hadisələrin sayını və oğulun hədiyyəni birinci cəhddən tapması
hadisəsi üçün əlverişli hallar sayını tapın.
-
Basketbol oyununun məşqi zamanı İlhamın atdığı 50 topdan 20-si səbətə
düşdü. Topların səbətə düşməsi hadisəsinin mümkün hallar sayını və İlhamın
atdığı topların səbətə düşməməsi hadisəsi üçün əlverişli hallar sayını tapın.
-
Əlverişli hallar sayı 3; 5; 0 olan məsələlər qurun.
-
İl ərzində Bakıda küləkli və küləksiz günlərin sayı, demək olar ki, eynidir. Küləkli
bir gün riyaziyyat dərsində müəllim şagirdlərə belə bir sual verdi: 80 saat
sonra şəhərdə küləksiz havanın olması hadisəsinin əlverişli hallar sayı haqqında
nə deyə bilərsiniz? Siz bu suala necə cavab verə bilərsiniz?
-
Qutuda 10 ədəd ağ və göy rəngli kürə var. Qutudan kürələr çıxarılır və yenə
qutuya qaytarılaraq yenidən qarışdırılır. Bu sınağı 100 dəfə təkrar etdilər. Nəticədə
63 dəfə ağ, 37 dəfə göy kürə çıxarıldı. Necə fikirləşirsiniz, qutuda, təqribi,
neçə ağ kürə vardı?
-
Praktiki iş: Çox istifadə olunmuş zər öz simmetrikliyini
itirir.
Ona görə də
oyun zamanı zərin müəyyən bir üzünün düşmə sayının daha çox və ya daha az
olduğunu müşahidə edirik. Belə bir zər götürərək onu tullamaqla sınaq aparın.
Sınaqların nəticəsinə əsasən onun hər bir üzünün düşməsi hadisəsinin əlverişli
hallar sayını hesablayın.