Çalışmalar
-
a) Yazılışı 1,2, 3 rəqəmlərindən ibarət olan bütün üçrəqəmli ədədləri yazın.
b) Yazılışı 0, 9, 5 rəqəmlərindən ibarət olan bütün ikirəqəmli ədədləri yazın.
-
3, 4, 5 rəqəmlərinin hər birindən bir dəfə istifadə etməklə elə üçrəqəmli ədəd
yazın ki, həmin ədəd:
b) 5-ə;
c) 3-ə;
d) 6-ya bölünsün.
-
Riyaziyyat fənni üzrə şəhər olimpiadasında 5 qalib vardır. Ancaq zona olimpiadasına
2 nəfər göndərilməlidir. 5 qalibdən 2 namizədi neçə üsulla seçmək
mümkündür? (Hər qalibi 1-dən 5-ə qədər nömrələyin.)
-
Beş nöqtə qeyd edilib. İxtiyari iki nöqtəni parça ilə birləşdirin. Neçə parça alınar?
Parçaların adını yazın.
-
Bir manatlığı 10, 20, 50 qəpiklərlə neçə cür xırdalamaq
olar? Bütün mümkün nəticələri şəkil çəkməklə təsvir
edin.
-
Şəkildə neçə parça var? Alınan bütün parçaların adını yazın.
-
Bucağın tərəfləri arasından başlanğıcı bucağın təpə nöqtəsində olan şüalar keçirilmişdir.
Cəmi neçə bucaq alındığını müəyyən edin.
-
Zərin bir dəfə atılması zamanı hər hansı xalın yuxarı üzə düşməsi hadisəsi üçün
neçə mümkün hal var?
-
İki zərin bir dəfə atılması zamanı yuxarı üzə düşən ədədlər
cütünü araşdırın. Həmin cütləri cədvələ yazaraq bütün
mümkün nəticələri qeyd edin.
1;1 |
|
1; 3 |
|
|
|
|
|
|
|
2; 5
|
|
|
|
|
3; 4 |
|
|
|
|
|
|
|
|
|
5; 2 |
|
|
|
|
|
|
|
|
|
6; 6 |