Araşdırma: | Xarici turistlər Azərbaycanın üç istirahət zonasına ekskursiyaya çıxırlar: İsmayıllı, Hacıkənd, Masallı. Turistlər hansı marşrutlar üzrə hərəkət edə bilər? Neçə mümkün hal var? |
Həlli: | İstirahət zonalarını hərflərlə kodlaşdıraq: İsmayıllı →İ, Hacıkənd →H, Masallı → M. Turistlərin hərəkət edə biləcəyi marşrutlar üçün mümkün halları sxem şəklində verək: |
Sxemdən görünür ki, ekskursiya zamanı turistlərin marşrut seçməsinin 6 mümkün nəticəsi ola bilər: HİM; HMİ; İHM; İMH; MHİ; MİH.
Nümunə: | Baba giriş qapısının kodunu yadından çıxartdı, ancaq onun dörd ədəd “0” və “1”-lərdən ibarət olduğu yadında idi. O neçə hala baxmalıdır ki, qapını aça bilsin? |
Həlli: Şərtə görə qapının kodu dörd rəqəmdən ibarətdir və yazılışda yalnız “0” və “1” rəqəmləri iştirak edir. Deməli, kodun yazılışında üç “0” və bir “1”, iki “0” və iki “1”, üç “1” və bir “0” ola bilər. 0000 və 1111 halı götürülmür. Hər bir halı araşdıraq:
1) Üç “0” və bir “1” olan hal: 0001 0010 0100 1000 - 4 hal;
2) İki “0” və iki “1” olan hal: 0011 0101 0110 1010 1100 1001-6
hal;
3) Bir “0” və üç “1” olan hal: 0111 1011 1101 1110-4 hal.
Beləliklə, cəmi 14 mümkün nəticənin olduğunu təyin etdik.