Ad günündə Natiqə üç kitab bağışladılar. O, birinci hansı kitabı oxuyacağını təyin etmək üçün iki
metal pulu birlikdə atmaq fikrinə düşdü və qərarını aşağıdakı hallara əsasən verəcəyini qət
etdi:
ikisinin də rəqəm üzü düşərsə, I kitabı, ikisinin də gerb üzü düşərsə, II kitabı, 1-i rəqəm,
digəri
gerb üzü düşərsə, III kitabı oxuyacaq.
a)
Neçə hadisə baş verə bilər?
b)
Həmin hadisələrin eyniehtimallı, azehtimallı və ya çoxehtimallı olduğunu müəyyən edin.
Qutuda 1-dən 6-ya qədər nömrələnmiş 6 ədəd rəngli bilyard şarı var. Qutuya baxılmadan 1 ədəd şar
çıxarılır.
a)
Hər hansı bilyard şarının çıxma hadisəsi necə hadisədir?
b)
Qutuda 3 ədəd qara və 3 ədəd qırmızı bilyard şarı varsa, qırmızı və ya qara şarın çıxması
hadisələri
eyniehtimallıdırlarmı?
c)
4 ədəd qara və 2 ədəd qırmızı şar varsa, hansı şarın çıxması hadisəsi çoxehtimallıdır?
ç) 5 nömrəli şarla 2 nömrəli şarın çıxması eyniehtimallı hadisələrdirmi?
Zər bir dəfə atılır. 5 xalının və ya 1 xalının düşməsi eyniehtimallıdırmı?
a) Ədəbiyyat dərsliyinizdən hər hansı bir mətn seçin və oxuyun. Hansı hərflərə daha çox rast
gəldiyinizi qeyd edin.
b) Gözünüzü bağlayın, barmağınızı mətndəki hər hansı hərfin üstünə qoyun, bu sınağı 10 dəfə
aparın və
sınaqların nəticələrini qeyd edin. Hansı hərf daha çox qeyd olundu? Hansı hərfin çıxması
hadisəsi
azehtimallı oldu?
Şahmat lövhəsinə baxmadan iki xana seçilir. Bu xanaların:
1)
ağ və qara; 2) ikisinin də ağ;
3)
ikisinin də qara olması eyniehtimallı hadisələrdirmi?
Zənbildə 12 ədəd qırmızı və 10 ədəd yaşıl alma var. Baxmadan zənbildən 1 ədəd alma götürdülər.
Aşağıdakı hadisələrin başvermə ehtimallarının artması cərgəsi ilə düzün:
a) Qırmızı alma çıxarıldı;
c) Alma çıxarıldı;
b) Yaşıl alma çıxarıldı;
ç) Armud çıxarıldı.
Gülnar parkın A nöqtəsindən hərəkətə başlayır. O, yol
ayrıcında qarşısına çıxan yolu təsadüfi seçərək geri qayıtmadan gəzir. Sxemə
əsasən Gülnarın parkın M
nöqtəsinə getməsi ilə C nöqtəsinə getməsi hadisələri eyniehtimallıdırmı?