8.6. Proqnozun verilməsi
Statistikanın ikinci əsas funksiyası proqnozverici funksiyasıdır. Hər hansı
bir prosesin baş verib-verməməsi haqqında müəyyən fikrin yürüdülməsi onun
proqnozverici funksiyasını ifadə edir.
Proqnozlar məlumatların təhlili əsasında verilir: hava proqnozu, zəlzələ proqnozu,
hansı paltarların daha çox satılması proqnozu, hansı şirniyyatın daha çox
alınması proqnozu və s.
Əvvəlki mövzularda biz informasiyanın yığılması, işlənməsi və təqdim edilməsi
məsələləri ilə tanış olduq. İndi isə məlumatları təhlil edərək proqnoz
verməklə məşğul olacağıq.
Çalışmalar
-
Abituriyentlər arasında keçirilən sınaq imtahanları onlara öz bilik səviyyələrini
təxmini müəyyən etməkdə köməklik göstərir. 2012-ci ildə keçirilən
sınaqlarda abituriyent 500, 550, 570, 600 bal toplamışdır. Onun keçid balı
520-dən yuxarı olan ixtisasa qəbul olmasının mümkünlüyü haqqında hansı
proqnozu vermək olardı?
-
Sinfinizin şagirdlərinin riyaziyyat fənni üzrə I yarımil ərzində keçirilən kiçik
summativ qiymətləndirmənin nəticələrini cədvəl şəklində yazın. Bu nəticələrə
əsasən ilin sonunda sinifdə riyaziyyat fənni üzrə neçə nəfərin “5”, neçə nəfərin
“4”, neçə nəfərin “3” alacağınızı proqnozlaşdırın.
-
Hüseynin işə qəbul vaxtından bu
günə qədər əməkhaqqının artım
qrafiki verilmişdir. Diaqrama
əsasən aşağıdakı suallara cavab
verin:
a)
|
Hüseynin aylıq əməkhaqqı
2008-ci ildən 2012-ci ilə
qədər neçə manat artmışdır?
|
b) |
Hansı dövrdə əməkhaqqı daha
çox artmışdır?
|
c) |
Artım 2010-2011-ci ildəki
qədər olarsa, 2013-cü ildə
Hüseynin əməkhaqqı nə qədər olar?
|
-
Koordinat sistemində həftə ərzində marketdəki üç malın: yağ, un və ətin satış
qrafiki verilmişdir. Qrafikə əsasən (səh. 180) müvafiq suallar tərtib edin.