-
Göygölün dərinliyini gölün 4 müxtəlif yerindən ölçdülər. Birinci dəfə 94,5 m, ikinci dəfə 93,8 m,
üçüncü dəfə 97,8 m, dördüncü dəfə isə 95,7 m dərinlik alındı. Gölün orta dərinliyi nə
qədərdir?
-
Mənim boyum 1,28 m, atamın boyu 1,75 m, anamın boyu isə 1,68 m-dir. Bizim boylarımızın orta
qiymətini tapın.
-
Ana 4 kq gilas, 8 kq çiyələk və 6 kq alma mürəbbəsi bişirdi və bütün mürəbbəni 3 övladı arasında
bərabər böldü. Ana hər övladına orta hesabla nə qədər mürəbbə verdi?
-
Mən, qardaşım və böyük bacım alış-verişə çıxdıq. Mən 12 man., qardaşım 10 man., bacım isə 20 man.
xərclədi. Orta hesabla hər birimiz nə qədər pul xərclədik?
-
Avtomobil 3 saat 90 km/saat sürətlə, 4 saat 75,5 km/saat sürətlə, 1 saat 65 km/saat sürətlə
hərəkət
etdi. Avtomobilin orta sürəti nə qədərdir?
-
Qatar 4 saat 60 km/saat sürətlə və 2 saat 84 km/saat sürətlə hərəkət etdi. Qatarın orta sürəti nə
qədərdir?
-
Yarış zamanı idmançı ardıcıl olaraq 5,2; 4,9; 5,1; 5,3; 5,8; 4,7; 4,7; 5 bal topladı. İdmançı
orta
hesabla neçə bal topladı?
-
Şagird dörd imtahandan uyğun olaraq 4,3; 5,0; 3,0 və 4,1 bal topladı. Şagirdin orta balı nə
qədərdir? Statistik orta balı (medianı) nə qədərdir?
-
Üç ədədin ədədi ortası 65-dir. Birinci ədəd 57, ikinci ədəd bundan 5 vahid böyük olarsa, üçüncü
ədədi tapın.
- Altı ədədin ədədi ortası 3,5, dörd ədədin ədədi ortası isə 2,25-dir. Bu 10 ədədin ədədi ortasını
tapın.
- Mağazadan 3 qutu rəngli qələm aldım. Qutudakı qələmlərin orta sayı 18-dir. Qutuların birini
qardaşıma verdim. Qardaşıma verdiyim qutuda 12 qələm vardı. Qalan qutuların içində orta hesabla neçə
qələm var?
- Bir ədəd digərindən 1,5 dəfə böyükdür. Bu ədədlərin ədədi ortası 75-dir. Ədədləri tapın.
- Birinci ədəd ikinci ədəddən 3 dəfə, üçüncü ədəd isə birincidən 2 dəfə böyükdür. Onların ədədi
ortası
155-dir. Ədədləri tapın.
- Üç ədədin ədədi ortası 28-dir. Birinci ədəd üçüncüdən 2,5 dəfə, ikinci ədəd isə 1,5 dəfə böyük
olarsa, bu ədədləri tapın.