Çalışmalar
-
Günün müxtəlif vaxtlarında qidalanmanın kaloriliyini faizlə ifadə etmək üçün
məlumat toplayın və cədvəl tərtib edin. Həmin cədvələ əsasən dairəvi diaqram
qurun.
-
Mələk rəfiqələri arasında 3 gün sorğu apararaq “Gün ərzində sosial şəbəkələrə
nə qədər vaxt sərf edirsən?” sualına aldığı cavablan aşağıdakı cədvəl şəklində
verdi:
Rəfiqələrin
adı
|
Bazar ertəsi |
Çərşənbə
axşamı
|
Çərşənbə |
Cəmi |
Günay |
7 dəq. |
15 dəq. |
9 dəq. |
|
Aygül |
11 dəq. |
18 dəq. |
14 dəq. |
|
Gülşən |
13 dəq. |
12 dəq. |
12 dəq. |
|
Xədicə |
10 dəq. |
5 dəq. |
20 dəq. |
|
Cədvəlin üçüncü sütununu tamamlayın və onun göstəricilərinə əsasən sütunlu
diaqram qurun.
-
Mağaza mobil telefonların satışının
hesabatını apardı. Məlum oldu ki,
ay ərzində 112 mobil telefon satılıb.
Hesabatın nəticəsi dairəvi diaqram
şəklində verilərsə, aşağıdakı məlumatları
müəyyən edin:
a)
|
Qiyməti 200 man.-dan 500 man.-a
qədər olan neçə mobil telefon
satılmışdır?
|
b) |
Digər sualları diaqram əsasında
özünüz tərtib edin.
|
-
Binanın 1160 mənzili var. Onlardan 160-ı birotaqlı, 640-ı ikiotaqlı, 320-si
üçotaqlı, qalanları isə dördotaqlı mənzillərdir. Bu binanın mənzillərinin sayını
göstərən sütunlu diaqram qurun.
-
Axtarış saytlarından istifadə edərək dünyadakı vulkanlar haqqında məlumat
toplayın. Onların hündürlüklərini xarakterizə edən diaqram qurun və araşdırma
aparmaq üçün suallar tərtib edin.