Silindr paralelipedin daxilində şəkildəki kimi yerləşdirilmişdir
(şəkil 4). Şəklə əsasən silindrin hündürlüyünü və oturacağının
radiusununun uzunluğunu müəyyən edin.
şəkil 4
Verilmiş nümunəyə əsasən verilən silindrlərin səthinin sahəsini (π≈3 götürün)
hesablayın (şəkil 5 (1, 2, 3)).
Qeyd:
Düzbucaqlının ikinci tərəfinin uzunluğu oturacaqdakı
dairənin çevrəsinin uzunluğuna bərabərdir.
şəkil 5
Silindr formasında olan dibçəyin kənarlarını rəngli
parça ilə bəzəmək lazımdır. Dibçəyin oturacağının radiusu 15 sm, hündürlüyü
20 sm olarsa, işlənmiş
parçanın sahəsi nə qədər olar?