7.4. Dairənin sahəsi
Araşdırma:
|
Dairənin sahəsini müxtəlif üsullarla hesablamaq olar. Onlardan biri
ilə tanış olaq: Dairənin sahəsini müəyyən etmək üçün onu bərabər
hissələrə (sektorlara) bölək və bu hissələri şəkildəki kimi ayıraq:
|
Bölünən hissələr kiçildikcə sayı artır və alınmış fiqur düzbucaqlıya daha çox
yaxınlaşır. Bu düzbucaqlının bir tərəfinin uzunluğu C : 2 = 2 πr : 2 = πr-dir. Beləliklə,
dairənin sahəsi
düsturu ilə hesablanır. Burada, π ≈3,14.
Nümunə:
|
Radiusu r = 5 sm olan dairənin sahəsi:
S = πr2 = π • 52 = 25 π ≈ 25 • 3,14 = 78,5 sm2
olar.
|
Çalışmalar
-
Radiusu 3 sm olan dairə çəkin və onu kiçik sektorlara ayırın. Alınmış sektorları
kəsərək yan-yana düzün. Sahəni müəyyənləşdirin.
-
Radiusu verilmiş dairənin sahəsini hesablayın:
b)r=1,5sm;
c)r = 25mm;
ç) r = 10mm.
-
Dairənin diametri verildikdə sahəsini tapmaq üçün düstur çıxarın və həmin
düsturun köməyi ilə sahələri hesablayın (kalkulyatordan istifadə edin):
b)d = 3,6sm;
c)d = 30mm;
ç)d = 20mm.
-
Dəftərinizdə diametrləri 6 sm və 4 sm olan iki konsentrik çevrə çəkin. İki çevrə
arasında qalan hissənin sahəsini hesablayın.
-
Şəkil 1-də verilən dairələrin sahəsini əvvəlcə palet vasitəsilə təxmini hesablayın.
Sonra radiuslarını xətkeşlə ölçərək sahələri düsturla tapm. Alınan nəticələri
müqayisə edin.