Özünüzü yoxlayın
-
∠1 = 113° (şəkil 1) olarsa, digər bucaqları təyin edin:
-
Yer kürəsinin diametri 12740 km-dir. Ekvatorun uzunluğunu
təyin edin.
şəkil 2
-
Qarşılıqlı bucaqların cəmi 210°-dir.
Bu bucaqları tapın.
-
AB = 2,3 mm və PK =11,2 mm olarsa, AO parçasının
uzunluğunu tapın (şəkil 2).
şəkil 1
-
Dəftərinizdə A nöqtəsi qeyd edin və ona oxa nəzərən simmetrik olan nöqtəni
qurun.
-
Cənubi Meksikada bitən qocaman bir ağacın gövdəsinin ətrafında onlarla adam
əl-ələ tutaraq bir dövrə vura bilir. Ağacın gövdəsinin diametri 16 m olduğu
məlumdursa, gövdənin çevrəsinin uzunluğunu müəyyən edin.
-
Çevrə uzunluğunun 8 dəfə artması üçün onun radiusu necə dəyişməlidir?
-
Şəkil 3-ə əsasən x-in qiymətini tapın:
şəkil 3
-
∠A = 60 °, AB = 5 sm, AC = 7 sm olarsa, ABC üçbucağını qurun.
-
m düz xəttinə nəzərən simmetrik dördbucaqlılar
verilmişdir. A nöqtəsinə simmetrik nöqtə hansıdır?
AD parçası hansı parça ilə simmetrikdir?
Bütün konqruyent parçaları və bucaqları yazın
(şəkil 4).
-
Mərkəzi bucaqların qiymətini tapın (şəkil 5):
şəkil 4
şəkil 5