- Dəftər vərəqini 4 qatlayıb üzərində hər hansı fiqur çəkin. Qayçı ilə bu kağızı
fiqurun tərəfləri boyunca kəsin. Alınmış fiqurların neçəsi konqruyentdir?
-
AB = 3 sm; AC = 4 sm; ∠A = 70° verilib. ABC üçbucağını qurun. Masa
yoldaşınızın qurduğu üçbucaqla sizin qurduğunuz üçbucaq arasında nə kimi
əlaqə var? Fikirlərinizi söyləyin.
-
Mədinə konqruyent fiqurların simmetrik olduğunu, Samirə isə simmetrik fiqurların
konqruyent olduğunu deyir. Sizcə, uşaqlardan hansı haqlıdır?
-
Şəkildə verilən fiqurlar konqruyentdirmi? Onların simmetrik olduğunu demək
olarmı?
-
Aşağıdakı fiqurlar içərisindən konqruyent olanları seçin: