Araşdırma: 1) Kağız vərəqi qatlayıb kağızın üzərində üçbucaq çəkək.
1)
2)
3)
2) Qayçı ilə bu kağızı üçbucağın tərəfləri boyunca kəsək.
3) İki üçbucaq alındı.
Fiqurlar bərabər olduqda, yəni birini digərinin üzərinə qoyduqda üst-üstə düşürsə, onlara konqruyent fiqurlar deyəcəyik. Deməli, ABC üçbucağı ilə MNP üçbucağı konqruyentdir: ∆ABC ≌ ∆MNP. Alınmış üçbucaqlar eynidir, yəni bərabərdirlər.
“≌” işarəsi konqruyentliyi göstərir.
Uzunluqları bərabər olan parçalar, bütün tərəfləri bərabər olan üçbucaqlar, tərəfləri bərabər olan kvadratlar, radiusları bərabər olan dairələr konqruyentdir.
Verilmiş fiqurların konqruyentliyini yoxlamaq üçün onları üst-üstə qoymaq lazımdır. Əgər bu fiqurların bütün nöqtələri üst-üstə düşərsə, onda onlar konqruyentdirlər.
Oxa nəzərən simmetrik fiqurlar konqruyentdir.