Bunları bilmək maraqlıdır
Simmetriya haqqında təsəvvürlər qədim zamanlardan mövcuddur. Yunan filosofu Platon deyirdi: “Bütövün nizamlanması onun harmoniyaya çevrilməsi deməkdir. Harmoniyanın əsası isə simmetriklik, mütənasiblikdir”. Platon simmetriyanı harmoniyanın əsas elementlərindən biri hesab edirdi.
Doğrudan da, simmetrik fiqurlar gözəl, harmonik bir obyekt kimi təqdim olunur. Təbiətin yaratdıqlarında: yarpaqların, güllərin, quşların, heyvanların və s. quruluşunda simmetriya gözlənilib.
Riyaziyyatda da simmetriyaya rast gəlirik.