-
Çevrənin radiusu 33 dm; 120 sm; 4500 mm olarsa, qırmızı
rənglə verilmiş qövsün uzunluğunu hesablayın.
π
≈ 3,14. (şəkil 1). Cavabı metrlə ifadə edin.
şəkil 2
-
Sükanın çevrəsinin radiusu 34 sm
olarsa, onun uzunluğunu təyin edin
(π ≈ 3,14). Hesablamanı kalkulyatorla
aparın və cavabı onda birlərə
qədər yuvarlaqlaşdırın (şəkil 2).
-
Təkərin çevrəsinin uzunluğu 172,7 sm olarsa, onun
diametrini hesablayın (π ≈ 3,14) (şəkil 3).
-
Şagirdlər arasında velosiped yarışları keçirilirdi. Yarışın
şərtlərinə görə radiusu 60 m olan dairə şəkilli meydançanın
çevrəsi boyunca 4 dəfə dövr etmək lazım idi. Velosipedçilər,
təqribən, nə qədər məsafə qət etməli idilər (π ≈ 3,14)?
şəkil 1
şəkil 3
-
Təlim zamanı (şəkil 4) əsgərlər radiusu
20 sm olan dairə şəkilli hədəfi nişan almalıdırlar.
Hədəfin çevrəsinin uzunluğu nə
qədərdir (π ≈ 3,14)?
-
Təkər 540 m məsafədə 250 dövr edir. Təkərin
diametrini hesablayın (π ≈ 3,14).
Cavabı təkliklərə qədər yuvarlaqlaşdırın.
-
Dairə şəkilli idman meydançasının diametri 100 m-dir. Şamil meydançanın
ətrafında 5 dövr edərsə, neçə metr məsafə qət etmiş olar (π ≈ 3,14)?
-
a) Çevrənin radiusu ilə onun uzunluğu arasında hansı asılılıq var? Onu funksiya
şəklində necə yazmaq olar? Mütənasiblik əmsalını tapın.
b) Çevrənin diametri ilə onun uzunluğu arasında hansı asılılıq var? Onu funksiya
şəklində necə yazmaq olar? Mütənasiblik əmsalını tapın.
-
Təkər 380 m məsafədə 190 dövr edir. Təkərin diametri nə qədər olar (π ≈ 3,14)?
- Diametrləri 10 sm, 12 sm, 14 sm olan üç çevrənin mərkəzləri arasındakı məsafələr
uyğun olaraq 16 sm, 18 sm, 20 sm-dir. Bu çevrələri çəkin. Onlar hansı
vəziyyətdə yerləşir?