Göründüyü kimi, çevrələr kəsişirsə, iki ortaq nöqtəsi (A və B) olur.
Çalışmalar
-
Dəftərinizdə kəsişən iki çevrə çəkin.
-
Şəkildə verilmiş hər bir hal üçün çevrələrin qarşılıqlı vəziyyətlərinə nəzər salın:
a) I və II çevrələr;
b) I və IV çevrələr;
c) IV və V çevrələr;
ç) I və III çevrələr;
d) II və III çevrələr
hansı vəziyyətdə yerləşir?
-
Radiusları 3 sm olan elə iki çevrə çəkin ki, onların iki ortaq nöqtəsi olsun. Bu
çevrələrin mərkəzləri arasındakı məsafə ilə onların radiuslarının cəmi haqqında
nə deyə bilərsiniz? Fikrinizi əsaslandırın.
-
Diametrləri 5 sm və 4,2 sm olan iki çevrənin iki ortaq nöqtəsi var. Onların mərkəzləri
arasındakı məsafə 6 sm ola bilərmi?
-
Radiusları 2,5 sm və 3,1 sm olan elə iki çevrə çəkin ki, onlar kəsişsinlər. Bu
çevrələrin A və B mərkəzləri arasındakı məsafənin ala biləcəyi ən böyük tam
qiyməti tapın.
-
Elə iki çevrə çəkin ki, onlar üç nöqtədə kəsişsin. Bu, mümkündürmü? Fikrinizi
əsaslandırın.