II. Çevrələr toxunur:
Göründüyü kimi, hər iki halda çevrələrin bir ortaq nöqtəsi (A) var, yəni onlar toxunurlar. Birinci şəkildə çevrələr xaricdən, ikinci halda isə daxildən toxunan çevrələrdir (şəkil 1).
a) | Əgər iki çevrə xaricdən toxunursa, onların mərkəzləri arasındakı məsafə bu çevrələrin radiuslarının cəminə bərabərdir. |
MK = MA + KA
b) | Əgər iki çevrə daxildən toxunursa, onların mərkəzləri arasındakı məsafə böyük çevrə ilə kiçik çevrənin radiuslarının fərqinə bərabərdir. MK = MA - KA |