III. Düz xətt çevrəni kəsir.
Bu halda düz xətlə çevrənin iki ortaq nöqtəsi olur (M və N). Düz xəttin bir hissəsi çevrənin daxilində qalır (şəkil 1).
Çevrənin iki nöqtəsini birləşdirən parça vətər adlanır: MN vətərdir (şəkil 1).
Mərkəzdən keçən vətər diametr (d) adlanır. Diametr ən böyük vətərdir. d = 2r