II. Düz xətlə çevrənin bir ortaq nöqtəsi var.
Düz xətlə çevrənin bir ortaq A nöqtəsi var və bu nöqtə a düz xətti ilə çevrənin toxunma nöqtəsidir (şəkil 1). Çevrənin mərkəzi ilə A toxunma nöqtəsinin əmələ gətirdiyi OA parçasının uzunluğu radiusa (r) bərabərdir: OA = r. Burada a düz xətti çevrəyə toxunan düz xətdir. OA parçası A toxunma nöqtəsində a toxunanına perpendikulyardır.
a) | Radiusu: 1) 5 sm; 2) 3 sm 5 mm; 3) 18 mm; 4) 21 sm olan dairənin diametrini hesablayın. |
b) | Radiusu 1 sm olan çevrə və onunla bir ortaq nöqtəsi olan iki paralel düz xətt çəkin. Toxunma nöqtələri arasındakı məsafəni ölçün. Hansı nəticəni aldınız? |