Tərəfinə və ona bitişik bucaqlarına görə üçbucağın qurulması:
AB tərəfinin uzunluğu və ona bitişik ∠A və ∠B-nin dərəcə ölçüsü verilərsə, xətkeş, transportir və pərgarın köməyi ilə üçbucaq qurmaq mümkündür.
1. d düz xətti çəkilir və onun üzərində A nöqtəsi seçilir (şəkil a);
2. Pərgarın köməyi ilə d düz xətti üzərində AB-yə bərabər parça ayrılır, B nöqtəsi qeyd edilir (şəkil b);
3. Transportirin köməyi ilə ∠A qurulur və AM şüası çəkilir (şəkil b);
4. Transportirin köməyi ilə ∠B qurulur və BK şüası çəkilir (şəkil c);
5. AM və BK şüalarının kəsişmə nöqtəsi C ilə işarə edilir (şəkil c).
Alınan ∆ABC axtarılan üçbucaqdır.
a) BC = 5 sm, AB = 7 sm, ∠B = 70°;
b) ∠B = 40°, BC = 6 sm, BA = 2 sm;
c) MK = 3,5 sm; ∠M = 65°; ∠K = 35°;
ç) ∠P = 140°; ∠N = 10°; PN = 4,5 sm.
1.Verilmiş bucaq qurulur.
2.Bucağın tərəfləri üzərində təpədən
başlayaraq verilmiş parçalara
bərabər parça ayrılır.
3.Parçaların uc nöqtələri birləşdirilir.