-
Hansılar doğrudur (şəkil 5)?
a) ∠1 = 93° və ∠2 = 97°;
b) ∠3 və ∠4 qarşılıqlı bucaqlardır;
c) ∠2 = ∠3;
ç) ∠1 + ∠4=180°;
d) ∠1 = ∠3
-
İki kəsişən düz xətt çəkin (şəkil 5). Alınan
bucaqları ∠1, ∠2, ∠3, ∠4 ilə işarə edin.
a) ∠1 = 50° olarsa, ∠2, ∠3 və ∠4;
b) ∠2 = 127° olarsa, ∠1, ∠3 və ∠4;
c) ∠4 = 90° olarsa, ∠2, ∠3 və ∠1-i tapın.
şəkil 5
-
Şəkildəki bucaqları transportirlə ölçün (şəkil 6). Hər bucağın qonşu və qarşılıqlı
bucaqlarını təyin edin:
şəkil 6
-
Transportirin köməyi ilə 60°, 85°, 130°, 165°-li bucaqları qurun. Hər bucağın
qonşu və qarşılıqlı bucağını qurun və onların dərəcə ölçüsünü transportirlə
ölçün. Alınan nəticələr haqqında fikrinizi söyləyin.
-
Şəkil 7-ə əsasən aşağıdakıları müəyyən edin:
a) ∠AOB ilə qarşılıqlı olan bucağı;
b) ∠COB ilə qonşu olan bucağı;
c) ∠AOK ilə qonşu olan bucağı;
ç) ∠AOE ilə qarşılıqlı olan bucağı;
d) ∠DOK ilə qonşu və qarşılıqlı olan bucaqları;
e) ∠AOB = 35° və ∠COD = 65° olarsa, digər bucaqları.
şəkil 7
-
Verilmiş şəkillərin hansılarında (şəkil 8) qonşu bucaq düz göstərilməmişdir? Nə
üçün?
şəkil 8
-
İki kəsişən düz xətt arasında əmələ gələn bucaqlar 1, 2, 3 və 4 ilə işarə olunub.
∠1 və ∠3 qarşılıqlı bucaqlardır: ∠1 + ∠3 = 240° olarsa, ∠2 və
∠4-ü
təyin edin.