Sizcə,
Gülər doğrumu fikirləşir? Fikrinizi izah edin.
-
Toplanmış yem ehtiyatı 560 qaramal üçün 7 aya kifayət edir. Fermer neçə qaramal
saxlamalıdır ki, yem ehtiyatı 10 aya çatsın? 4 ay, 8 ay, 14 ay üçün də qiymətlər
cədvəli tərtib edin və cədvələ əsasən tərs mütənasibliyin düsturunu
yazın.
-
y = 3x - 2, y = -3, y = 5x, y = 42
x, y = x
2
düsturları ilə verilmiş asılılıqların hansında x və y arasında
a) düz mütənasib;
b) tərs mütənasib asılılıq var?
-
Koordinat müstəvisində
qeyd olunmuş
nöqtələrin
koordinatlarını yazın
(şəkil 1). Hansı
nöqtələrin koordinatları
arasında
tərs mütənasib asılılığın
olmasını aydınlaşdırın.
-
Koordinat müstəvisində
elə nöqtələr
qeyd edin ki, həmin
nöqtələrin
koordinatları arasında
tərs mütənasib
asılılıq olsun.
-
a = 4 b
c düsturunda:
a) b-ni dəyişməyib
c-ni 2 dəfə artırsaq;
b) c-ni dəyişməyib b-ni 5 dəfə artırsaq;
c) b-ni dəyişməyib c-ni 3 dəfə azaltsaq;
ç) c-ni dəyişməyib b-ni 4 dəfə azaltsaq;
d) b-ni və c-ni 2 dəfə artırsaq;
e) b-ni artırıb c-ni 3 dəfə azaltsaq, a necə dəyişər?