-
2 m ipək parçanın qiymətinə 8 m çit parça almaq olar. 10 m ipək parçanın qiymətinə
neçə metr çit parça almaq olar? İpək parçanın qiyməti ilə çit parçanın
qiyməti arasında hansı asılılıq var?
-
a) Balıqçı 2 saat ərzində 18 balıq tutdu. O, 3 saat ərzində neçə balıq tutar?
Balıqların sayı ilə onların tutulmasına sərf olunan zaman arasında asılılıq
varmı? Fikrinizi əsaslandırın. Əgər yoxdursa, hansı şərt əlavə edilsə, asılılıq
düz mütənasib olar?
b) Elə məsələlər tərtib edin ki, dəyişənlər arasındakı asılılıq düz mütənasib
olsun.
-
Koordinat müstəvisində
qeyd olunmuş
nöqtələrin koordinatlarını
cütlər şəklində
yazın (şəkil 1). Bu
nöqtələrdən hansılarının
koordinatları
arasında düz mütənasib
asılılıq olduğunu
müəyyən edin.
-
Koordinat müstəvisində
elə nöqtələr
qeyd edin ki,
onların koordinatları
arasında düz mütənasib
asılılıq olsun.
şəkil 1
-
Sürəti 15 km/saat olan yük qatarının 720 km yola sərf etdiyi vaxta 60 km/saat
sürətlə hərəkət edən sərnişin qatarı neçə kilometr qət edər?
-
x və y deyişənləri arasında düz mütənasib asılılıq olduğunu bilərək cədvəli
tamamlayın və düz mütənasibliyin düsturunu yazın.