Ox oxuna nəzərən simmetrik olan nöqtələrin koordinatlarını müqayisə edin. Hansı nəticəyə gəlmək olar?
-
Koordinat müstəvisində verilmiş nöqtəni və Oy oxuna nəzərən ona simmetrik olan nöqtəni qurun və
koordinatlarını yazın.
a)A(1;5) b)B(2;-7) c) C(-3; 2) ç)D(-4;-5)
Oy oxuna nəzərən simmetrik olan nöqtələrin koordinatlarını nəzərdən keçirin. Hansı nəticəyə
gəlmək olar?
-
Koordinat müstəvisində:
a)
|
təpə nöqtələrinin koordinatları verilmiş ABC üçbucağını qurun: A(-6; 2) B(-2; 2) C(-2;
4)
|
b) |
Ox oxuna nəzərən ABC üçbucağına simmetrik olan KMP üçbucağını qurun və onun təpə
nöqtələrinin koordinatlarını yazın.
|
c)
|
Oy oxuna nəzərən ABC üçbucağına simmetrik olan EFD üçbucağını qurun və onun təpə
nöqtələrinin koordinatlarını yazın.
|
-
Koordinat sistemində A(-8; 3); B(1; 3); C(1; -2) nöqtələrini qeyd edin. Dördüncü D nöqtəsini elə
qurun ki, ABCD düzbucaqlısı alınsın. ABCD düzbucaqlısının perimetrini və sahəsini
hesablayın.
-
a) Koordinat müstəvisində absisi 5 olan dörd nöqtə qeyd edin. Bu nöqtələrin koordinatlarını yazın.
Absisi 5 olan nöqtələr koordinat müstəvisində necə yerləşir?
b) Koordinat müstəvisində ordinatı 3 olan dörd nöqtə qeyd edin. Bu nöqtələrin koordinatlarını
yazın.
Ordinatları 3 olan nöqtələr koordinat müstəvisində necə yerləşir?
-
Kapitan Flint xəzinəsini uzaq bir adada gizlədir. Uzun zaman oraya gedə bilmir və ölməzdən əvvəl
xəzinənin yerini göstərən məktub yazır: “Adadakı çayın mənbəyi koordinat başlanğıcıdırsa,
adanın
şimal və cənub tərəfi ordinat oxu, qərb və şərq tərəfi isə absis oxu ilə üst-üstə düşərsə,
xəzinə
(3; 5); (-2; 7) və (-3; 4); (1; 8) nöqtələrini birləşdirən parçaların kəsişmə nöqtəsində
yerləşir”.
Xəzinənin yerini koordinat sistemində təyin edin (Koordinat sistemini dəftərinizdə çəkərək vahid
parçanı bir dama götürün. 1 dama 1 km-ə uyğundur).
-
Koordinat müstəvisində verilmiş nöqtələri qeyd edildiyi ardıcıllıqla birləşdirsəniz, bəzi
bürclərin
təsvirini alarsınız.
a) Kiçik Ayı bürcü: (6; 6); (3; 7); (-3; 5,5); (-5; 7); (-8; 5); (-6; 3); (0; 7,5).
b) Böyük Ayı bürcü: (-15; -7); (-10; -5); (-3; -6); (6; -6); (5; -10); (-1; -10);
(-6;-5).