Tanımadığınız şəhərdə yolu düzgün təyin etmək üçün sizə şəhərin xəritəsi kömək edir. Tutaq ki, dostunuz bank binasının yanındadır və sizin evə gəlib çatmaq üçün plan üzrə 5 vahid (küçə, tin və s.) şərqə, 3 vahid şimala doğru hərəkət etməlidir. Bəs o, bankdan kitabxanaya getmək üçün hansı yolu getməlidir? Xəstəxanadan məktəb binasına getmək üçün necə hərəkət etməlidir? Baxdığımız şəkildə hesablama başlanğıcı olaraq bank binası götürülmüşdür.
Bunları bilmək maraqlıdır
Koordinatlar ideyası qədim dövrlərdən mövcuddur. Xəritələri yaradarkən buna ehtiyac var idi. Qədim yunan astronomu Ptolemey (e.ə. II əsr) coğrafi xəritələrdə enlik və uzunluq kimi coğrafi koordinatlardan istifadə etmişdir.
Koordinat sistemi ilə insan praktik həyatında tez-tez rastlaşır. Tamaşa zalı (sıra və yer), qatar (vaqonun nömrəsi və yerin nömrəsi) və coğrafi koordinatlar (enlik və uzunluq) buna nümunədir. Belə koordinatlar hərbi, coğrafi xəritələrdə də istifadə olunur.
Koordinat sözü qədim latın dilindən götürülüb (“ordinatus”), nişanlanmış mənasını verir. “CO” - isə birgəlik bildirir, çünki koordinatların sayı, adətən, iki, üç və s. sayda olur.
a) | f3 xanasındakı atın hücumu təhlükəsi altında olan bütün xanaların koordinatlarını yazın; |
b) | Şah (c8) müəyyən əməliyyatlardan sonra yerini 4 xana sağa, 2 xana aşağı dəyişsə, hansı xanada olar? (Şah hər tərəfə 1 xana yerdəyişmə edə bilir) |
c) | d3 xanasındakı vəzir f5 xanasına gedərsə, hansı təhlükəyə məruz qalar? |
Atın gedə bildiyi xanalar