Çalışmalar
-
Verilmiş düz xətlərdən kəsişən, paralel və perpendikulyar olanları gözəyarı seçin:
-
Günyənin köməyi ilə verilmiş nöqtədən verilmiş düz xəttə paralel və perpendikulyar
düz xətlər çəkin (şəkli dəftərinizə köçürün).
-
Verilmiş fiqurların təpə nöqtələrini adlandırın. Hər fiqurun paralel və perpendikulyar
tərəflərini göstərin:
-
Bir düz xətt və onun üzərində olmayan üç nöqtə qeyd edin. Bu nöqtələrin hər
birindən verilmiş düz xəttə a) paralel; b) perpendikulyar düz xətlər çəkin. Alınmış
düz xətlərin qarşılıqlı vəziyyətləri haqda fikirlərinizi söyləyin.
- Üçbucağın tərəfləri paralel ola bilərmi? Hansı halda üçbucağın tərəfləri perpendikulyar
ola bilər? Tərəfləri perpendikulyar olan üçbucaq çəkin.
-
Hər hansı bir üçbucaq çəkin. Tərəfləri bu üçbucağın tərəflərinə paralel olan digər
bir üçbucaq çəkin. Bu üçbucaqlar haqqında nə deyə bilərsiniz? Sizcə, bu
üçbucaqlar eynidirmi?