Araşdırma: Verilmiş 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15, 16, 17, 18, 19, 20, 21, 22, 23, 24, 25 natural ədədlərini bölənlərinin sayma görə aşağıdakı növlərə ayırın:
1) bölənlərinin sayı ikidən az olan ədədlər;
2) bölənlərinin sayı iki olan ədədlər;
3) bölənlərinin sayı ikidən çox olan ədədlər.
1) bölənlərinin sayı ikidən az olan ədədlər: 1;
2) bölənlərinin sayı iki olan ədədlər: 2, 3, 5, 7, 11, 13, 17, 19, 23.
3) bölənlərinin sayı ikidən çox olan ədədlər: 4, 6, 8, 9, 10, 12, 14, 15, 16, 18, 20, 21,
22, 24, 25 (məsələn, 25-in bölənləri 1; 5 və 25-dir).
Yalnız özünə və vahidə bölünən natural ədədə sadə ədəd deyilir.
Məsələn: 2, 3, 5, 7, 11, 13, 17, 19, 23 və s.
Bölənlərinin sayı ikidən çox olan natural ədədə mürəkkəb ədəd deyilir.
Məsələn. 4, 6, 8, 9, 10, 12, 14, 15, 16, 18, 20, 21, 22, 24, 25 və s.
1 ədədi nə sadə, nə də mürəkkəb ədəddir.
2-dən başqa bütün cüt natural ədədlər mürəkkəb ədədlərdir.