Araşdırma 1: -3-dən böyük və 2,6-dan kiçik olan tam ədədləri çoxluq şəklində yazm.
Həlli: Ədəd oxu üzərində -3 və 2,6 ədədlərini qeyd edək:
Şəkildən göründüyü kimi, -3 və 2,6 ədədləri arasında yerləşən tam ədədlər { -2; -1; 0; 1; 2} olar.
Araşdırma 2: Modulu 3-dən kiçik olan tam ədədləri yazın.
Həlli: Modulu 3-dən kiçik olan tam ədədlər -3-dən böyük, 3-dən
kiçikdir:
{-2;-1; 0; 1; 2}
a)
-2 və 3 ədədləri arasında yerləşən tam ədədləri;
b)
-5 və 1 ədədləri arasında yerləşən tam ədədləri;
c)
0 və 7,1 ədədləri arasında yerləşən natural ədədləri;
ç) -19 və 4,8 ədədləri arasında yerləşən natural ədədlərin hasilini;
d)
-4 və 20,5 ədədləri arasında yerləşən mənfi tam ədədlərin cəmini;
e)
-100 və 100 ədədləri arasında yerləşən tam ədədlərin hasilini.