-
Bankada olan südün yarısını, sonra isə daha
300 ml süd boşaltdıqdan sonra orada 100 ml
süd qaldı. Əvvəlcə bankada neçə litr süd vardı?
-
Nahara qədər satıcı bütün almanın üçdə birini,
sonra isə daha 55 kq-nı satdı və 14 kq alma
qaldı. Əvvəlcə dükanda nə qədər alma vardı?
-
Birinci uşaq bağçasında uşaqların sayı o birindən
3 dəfə çoxdur. Birinci bağçadan ikincisinə 30 uşaq keçirdikdən sonra hər
iki bağçada uşaqların sayı eyni oldu. Əvvəlcə hər bağçada neçə uşaq vardı?
-
Fermer 15 kq qoyun əti və 21 kq mal əti sataraq 267 man. əldə etdi. Mal əti
qoyun ətindən 1 man. ucuzdursa, hər ətin bir kiloqramı neçə manatdır?
-
Kater 1,4 saat çay axını ilə, 1,7 saat isə axına qarşı hərəkət etdi. Katerin axın
ilə getdiyi məsafə axına qarşı məsafədən 2,2 km azdır. Katerin durğun sudakı
sürəti 28 km/saatdır. Çayın axma sürətini tapın.
-
Turistlər qayıqla 2,4 saat axın ilə, 1,8 saat isə axına qarşı üzdülər. Axın ilə gedilən
yol axına qarşı gedilən yoldan 14,1 km çoxdur. Çayın sürəti 2,5 km/saat
olarsa, qayığın durğun sudakı sürətini tapın.
-
Şagird imtahana hazırlaşarkən hər gün 12 çalışma yerinə yetirməyi planlaşdırdı.
Lakin o, hər gün 4 çalışma artıq yerinə yetirdi və imtahana 3 gün qalmış
onun 8 həll olunmamış çalışması qaldı. Şagird imtahana neçə gün qalmış
hazırlaşmağa başlamışdı?
-
Usta gün ərzində 24 detal hazırlamağı planlaşdırdı. O hər gün 15 detal artıq
hazırladı və planlaşdırılmış vaxta 6 gün qalmış nəzərdə tutulandan 21 detal
artıq hazırladı. Usta plana görə neçə detal hazırlamalı idi?
-
Birinci çəndən saatda 3 l, ikincidən isə 2 l su axır. 12 saatdan sonra birinci
çəndə 21 l, ikinci çəndə isə 54 l su qaldı. Neçə saatdan sonra birinci çəndə
olan su ikinci çəndə olan sudan 4 dəfə az olar?
- Parçanın əvvəlcə yarısını, sonra qalan parçanın dörddə birini kəsdilər və yarım
metr parça qaldı. Əvvəlcə parçanın uzunluğu nə qədər idi? Məsələyə uyğun
model qur.
- Bir yeşikdə 60 kq, digərində isə 100 kq meyvə var. İkinci yeşikdən birincidən
4 dəfə çox meyvə satıldı. Birinci yeşikdə ikincidəkindən 2 dəfə çox meyvə qalarsa,
hər yeşikdən neçə kiloqram meyvə satılmışdır?
- Sabir fikrində tutduğu ədədi 8 dəfə artırdı və alınan ədədi 25% azaltdı. Nəticədə
134-ün
3
5-nə bərabər ədəd aldı. Sabir fikrində hansı ədədi
tutmuşdu?