-
Praktik iş: Hər bir şagird parta yoldaşına fikirdə tutulan ədədə aid məsələ tərtib
edir və yoldaşı tənlik qurmaqla bu ədədi tapır. Məsələni tərtib edərkən cümlənizi:
“Mən fikrimdə bir ədəd tutdum...” kimi başlayın.
-
Avtobusda bir neçə sərnişin vardı. Birinci dayanacaqda 12 nəfər düşdü, 9 nəfər
avtobusa mindi. İkinci dayanacaqda isə 5 nəfər düşdü, 11 nəfər avtobusa mindi
və bu zaman avtobusda 25 sərnişin oldu. Birinci dayanacağa qədər avtobusda
neçə sərnişin vardı?
şəkil
1
-
Turistlərin yolunun (şəkil 1) 0,9 km-ı kəndin ərazisindən, 1,2 km-ı çayın
kənarından, 1,6 km-i dağ ətəyindən və bir
neçə kilometri meşənin içindən keçirdi.
Bütün yol 5,6 km olarsa, turistlər
meşə ilə neçə kilometr yol
getdilər?
-
Kompüterin qiyməti ilin sonunda
2 dəfə azaldı, ikinci il isə qiymət
daha 50 man. aşağı düşdü. Kompüter
399 man.-a satıldı. Əvvəlcə
onun qiyməti neçə manat idi?
-
Malik və Səməd birlikdə 42 balıq tutdular. Malikin Səməddən iki dəfə çox balıq
tutduğu məlumdursa, onların hər biri neçə balıq tutmuşdur? Məsələni tamhissə
modeli və tənlik qurmaqla həll edin.
-
Nadir bir kitab və 3 dəftər üçün 2 man. 40 qəp. pul ödədi. Kitabın qiyməti bir
dəftərin qiymətindən 3 dəfə baha idi. Kitab neçəyədir? Model qurun.
-
Fermer əkdiyi sahədən kələm və ondan 3 dəfə çox yerkökü yığdı. Yerkökünün
kələmdən 42 kq çox olduğu məlumdursa, hər tərəvəzdən neçə kiloqram yığıldı?
-
Səyahətçilər dəniz ilə çaydakına nisbətən 8 dəfə çox yol getdilər. Əgər dəniz
ilə gedilən yol çay ilə gedilən yoldan 133 km çoxdursa, səyahətçilər cəmi nə
qədər yol getmişlər?
-
Nailə və Zərifə birlikdə 24,6 kq çiyələk yığdılar. Nailənin yığdığı çiyələk Zərifənin
yığdığından 4,8 kq çox idi. Qızların hər biri nə qədər çiyələk yığmışdır?
-
Düzbucaqlının perimetri 12,8 sm, eni isə
uzunluğundan 2,4 sm qısadır. Düzbucaqlının
sahəsini tapın (şəkil 2).
şəkil 2