Araşdırma: |
Məktəbin 6-cı siniflərində cəmi 61 şagird oxuyur. 6b sinfindəki şagirdlərin sayı 6a sinfindəki şagirdlərin sayından 3 nəfər çox, 6c sinfindəki şagirdlərin sayı isə 6a sinfindəki şagirdlərin sayından 2 nəfər azdır. Hər 6-cı sinifdə neçə şagird oxuyur? |
Həlli: |
6a sinfindəki şagirdlərin sayı x nəfər olsun. Onda |
Cəmi 61 şagird olduğunu nəzərə alsaq, aşağıdakı tənliyi qurarıq:
x + (x + 3) + (x - 2) = 61
3x + 1=61
3x = 60
x = 20
6a → 20 (şagird),
6b → 20 + 3 = 23 (şagird),
6c → 20 - 2 = 18 (şagird).
a) x ədədi y-dən 3 vahid kiçikdir;
c) a ədədi b-dən c vahid böyükdür;
d) a ədədi b-dən n dəfə böyükdür;
b) a ədədi b-dən 2 vahid böyükdür;
ç) x ədədi y-dən 5 dəfə kiçikdir;
e) x ədədi y-dən m dəfə kiçikdir.
a) | Əhməd fikrində bir ədəd tutdu, onun üzərinə 2,5 əlavə etdi və 8,5 ilə 7,82 ədədlərinin cəminə bərabər ədəd aldı. |
b) | Samir fikrində tutduğu ədədi 8-ə vurdu və alınan hasildən 11 çıxdı. Nəticədə 13,08 ədədini aldı. |
c) | Mübariz fikrində tutduğu ədədi 4,1-ə böldü və nəticədə 61,6 ilə 45,2 ədədlərinin fərqini aldı. |