Araşdırma: a) 16 + (28 - 32) və b) 16 - (28 - 32) ifadələrinin qiymətini hesablayaq.
Həlli: Hər iki ifadənin qiymətini hesablayaq:
a)
16 + (28 - 32) = 16 + (-4) = 12;
b)
16 - (28 - 32) = 16 - (-4) = 20.
Göründüyü kimi, hər iki halda əvvəlcə mötərizədə verilən əməl yerinə yetirildi. Lakin bu ifadənin qiymətini mötərizələri açmaqla da yerinə yetirmək olar.
a + (b + c) ifadəsinin a + b + c şəklində və a - (b + c) ifadəsinin a - b - c şəklində yazılışı mötərizələrin açılmasıdır.
1) Mötərizənin qarşısında “+” işarəsi olarsa (və ya heç bir işarə yazılmayıbsa), mötərizəni açarkən onun daxilindəki toplananlar öz işarəsini saxlayır.
Nümunə:
28 + (30 - 16) = 28 + 30 - 16 = 42;
1,2 + (4 + 1,8) = 1,2 + 4 + 1,8 = 1,2 + 1,8 + 4 = 7.
2) Mötərizənin qarşısında "-" işarəsi olarsa, mötərizəni açarkən onun daxilindəki toplananlar öz işarəsini əksinə dəyişir.
Nümunə:
a) -(b + c) = (-1) • (b + c) = -1 • b +
(-1) • c = -b - c;
b)
28 - (30 - 16) = 28 - 30 + 16 = 14;
c)
2(a + b - c) = 2a + 2b - 2c;
ç) -3(m - k + n) = -3m + 3k - 3n.
a) 1214 - (35 +614);
c) 43 + (92 - 43 + 38);
b) 267 - (804 - 733);
ç) (398 - 736) - (598 - 1036).
a) 938 - (-10 + 538);
c) -619 + (-15 + 519);
b) -876 - (-325 -1076);
ç) -(-214 + 127) +(-204 +127).
a)
m - (n + m);
c)
x + (—x + y);
d)
-(a - b) - b
ə)-(-62 + a + b)-(a - b + 109);
b) (x + 32) - (x + 64);
ç) -(m - 47 + n) - (103 - m);
e) -(27 - a) + (-a +18);
f)-c + (c - d).