Çox sınadı bizi zaman,
Neçə şəhid getdi qurban.
Sinəsiylə sipər olan -
İgid əsgər, möhkəm dayan!
Salam Vətən, salam ana,
Çətin gündə bizi sına.
Qanla cavab verək qana -
İgid əsgər, möhkəm dayan!
Şəhid qanı axan torpaq,
Yad ayaqda olmaz tapdaq.
Düşmənlərin qan qusacaq -
İgid əsgər, möhkəm dayan!
Припев:
Ya azad ol, ya candan keç,
İki yoldan birini seç.
Azadlığın şərbətin iç,
İgid əsgər, möhkəm dayan!