I
Bu gün şən bayramıdır ellərin,
Lalələr bayrağıdır çöllərin.
Çöllərdən gül yığağın, dostlarım,
Çalağın, oynayağın, dostlarım.
Припев:
Bayramlar çox yaraşır bizlərə,
Bayramda nəğmə yağır düzlərə.
Alışan gözlərə bax, gözlərə,
Oynamaq çox yaraşır qızlara.
II
Bu gün şən bayramıdır ellərin,
Lalələr bayarağıdır çöllərin.
Ən şirin nəğmələri söyləyək,
Quşları yollarından eyləyək.
Припев:
Səsimiz hər tərəfi bəzəsin,
Gülüşlər çiçəklərə bənzəsin.
Bu gün şən bayramıdır ellərin,
Lalələr bayrağıdır çöllərin.
III
Ulduzlar fişənglərin kölgəsi,
Yurdumuz işıqların ölkəsi.
Bu gün şən bayramıdır ellərin,
Lalələr bayrağıdır çöllərin.